23 İyul 2026
Dünya futbolu

Zaniolo İtaliya klubu ilə danışıq aparır

“Qalatasaray”ın futbolçusu Nikolo Zaniolo karyerasını İtaliyada davam etdirə bilər.

İdmanxeber.az  xəbər verir ki, A Seriyası təmsilçisi “Udineze” 25 yaşlı yarımmüdafiəçi ilə danışıqlara başlayıb.

Tərəflər maliyyə şərtlərində tam razılıq əldə etməsələr də, yaxın günlərdə prosesin yekunlaşacağı gözlənilir.

Zaniolonun qiyməti 12 milyon avro dəyərindədir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43