“Dinamo Zaqreb”in baş məşqçisi Mario Koveçeviç Avropa Liqasının Liqa mərhələsində “Fənərbağça” üzərində qazanılan 3:1 hesablı qələbəni şərh edib.
İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis İstanbul klubuna Zaytsi komandada saxlamaq istəmədiyi üçün təşəkkür edib:
“Fənərbağça”nın keyfiyyətli oyunçuları olduğunu bilirdik, amma hələ tam mənada komanda ola bilməyiblər. İlk dəqiqədən oyuna üstün başladıq, geri çəkilmədik, topa sahib olduq və fürsətlər yaratdıq. Onlar isə bizə qarşı ciddi qol imkanı şansları yarada bilmədilər”.

