Misli Premyer Liqasının VII turunda “Araz Naxçıvan” “İmişli” ilə üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, vacib qarşılaşma öncəsi iki komandada itkilər var. İmişli klubunda cəzalı olan Rafael Vieqaş matçda çıxış edə bilməyəcək.
Naxçıvan təmsilçisində isə əsas futbolçular heyətdə yer almayacaq. Zədəli Ramon Maçado ilə cəzalı Patrik Andrade bu görüşdə meydana çıxa bilmir.
“Araz Naxçıvan” – “İmişli” oyunu saat 17:00-da start götürəcək.

