“Bavariya”nın fransalı futbolçusu Maykl Olise Avropa nəhənglərinin hədəfindədir.
İdmanxeber.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə “Real Madrid” və “Mançester Siti” maraqlanır.
M.Olisenin transfer dəyəri 100 milyon avro olaraq göstərilir.
Qeyd edək ki, futbolçunun “Bavariya” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

