04 İyun 2026
Ölkə futbolu

Matça doğru: “Araz Naxçıvan”da ciddi itkilər, “İmişli” rahatdır 

Misli Premyer Liqasının VII turunda “Araz Naxçıvan” “İmişli” ilə üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, vacib qarşılaşma öncəsi iki komandada itkilər var. İmişli klubunda cəzalı olan Rafael Vieqaş matçda çıxış edə bilməyəcək.

Naxçıvan təmsilçisində isə əsas futbolçular heyətdə yer almayacaq. Zədəli Ramon Maçado ilə cəzalı Patrik Andrade bu görüşdə meydana çıxa bilmir.

“Araz Naxçıvan” – “İmişli” oyunu saat 17:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43