06 İyun 2026
Ölkə futbolu

Antalyada çempion olan komanda “Sabah” Futbol Mərkəzində!

“Sabah”ın U-12 komandasının futbolçuları “Sabah” Futbol Mərkəzini ziyarət ediblər.

İdmanxeber.az-ın məlumatına görə, ötən ay Türkiyənin Antalya şəhərində keçirilən “Antalya Friendship Cup”da çempion olan komandanın üzvləri klubun bazasında əsas komandanın  futbolçuları və məşqçi heyəti ilə görüşüb, onların bazada gündəlik fəaliyyətləri ilə tanış olublar.

Azyaşlı futbolçular əsas komandanın üzvlərinə və məşqçilərə özləri üçün maraqlı olan sualları ünvanlayıblar.

Görüşdə klubun və akademiyanın rəhbərliyi, U-12 komandasının məşqçilər heyəti də iştirak ediblər.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43