“Barselona”nın polşalı hücumçusu Robert Levandovski yanvarda “Fənərbağça”ya keçməkdən imtina edib.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisinin 37 yaşlı forvardla danışıqlar apardığı bildirilirdi, lakin o, mövsümün sonunadək “Barselona”da qalmaq istəyir.
Levandovski bu mövsüm 14 oyunda 8 qol vurub. Onun katalon klubuyla müqaviləsi gələn yay başa çatacaq.

