22 İyul 2026
Ölkə futbolu

“Neftçi”nin futbolçusu qayıtdı

“Neftçi”nin Əbu-Dabi təlim-məşq toplanışı davam edir.

İdmanxeber.az-ın məlumatına görə, “Piramids”lə oyundan sonra komanda baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında səhər məşqinə çıxıb.

Afrika Millətlər Kubokunda çıxış edən Benin millisinin üzvü Sessi D’Almeyda da düşərgəyə qoşulub.

Toplanış çərçivəsində “Neftçi” son yoxlama oyununu yanvarın 16-da Çinin “Çenqdu Ronqçenq” klubuna qarşı “321 Sports Club” stadionunda saat 17:00-da keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43