22 İyul 2026
Ölkə futbolu

Kurban Berdiyevin qərarı “Kəpəz”i məyus etdi 

Premyer Liqada qalmaq üçün mübarizə aparan “Kəpəz” klubu transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, Gəncə təmsilçisi “Turan Tovuz”un üzvü Xəyal Nəcəfovla maraqlanırdı. “Sarı-göylər” oyunçunu icarəyə götürmək üçün qarşı tərəfə müraciət də etmişdi.

Ancaq Tovuz klubundan gələn xəbər “Kəpəz”i məyus edib. Belə ki, baş məşqçi Kurban Berdiyev Xəyal Nəcəfovu buraxmayıb.

Təcrübəli mütəxəssis onun xidmətindən yararlanmaq niyyətində olduğunu bildirib. 

Bu səbəbdən də keçid baş tutmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43