23 İyul 2026
Dünya futbolu

“Bavariya” “Mançester Yunayted”in kapitanını istəyir

“Mançester Yunayted”in kapitanı Bruno Fernandes karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Bavariya” 31 yaşlı portuqaliyalı yarımmüdafiəçiyə ciddi maraq göstərir və onu heyətinə qatmağı nəzərdən keçirir.

Bu mövsüm Fernandes bütün turnirlərdə 20 oyunda 5 qol vurub və 9 məhsuldar ötürmə edib.

Onun müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43