23 İyul 2026
Ölkə futbolu

“Qarabağ” və “Qalatasaray” eyni hücumçu ilə maraqlanır – İddia

“Qarabağ” gənc hücumçu ilə maraqlanır.

İdmanxeber.az Qazaxıstanın “Goal.kz” portalına istinadən xəbər verir ki, Ağdam təmsilçisi “Han-Tenqri”nin forvardı Hüseyn Qəmbərovu transfer etmək niyyətindədir. Futbolçu ilə “Qalatasaray”ın da maraqlandığı bildirilir.

Mənbənin iddiasına görə, tərəflər arasında danışıqlar aparılır. Lakin yetkinlik yaşına çatmadığı üçün Qəmbərovun hələlik Qazaxıstanda çıxışını davam etdirməsi planlaşdırılır.

Qeyd edək ki, o, FFK-nın yetirməsidir və Almatı liqasında mövsümün ən yaxşı hücumçusu seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43