23 İyul 2026
Ölkə futbolu

Matça doğru: “Qarabağ”da iki, “Şamaxı”da bir itki

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ” “Şamaxı” ilə üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, görüş öncəsi Ağdam klubunda iki, Şamaxı təmsilçisində isə bir itki var. Qurban Qurbanov zədəsi davam edən Bəhlul Mustafazadənin və qapıçı Şahruddin Məhəmmədəliyevin xidmətindən istifadə edə bilməyəcək.

Bölgə təmsilçisinin də isə müdafiəçi Arsen Ağcabəyov zədə səbəbindən bu görüşdə iştirak etməyəcək. 

Hər iki komandanın heyətində cəzalı futbolçu yoxdur.

“Qarabağ” – “Şamaxı” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Matç saat 19:00-da səslənəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43