“Şalke” hücumçusu Edin Ceko ilə müqaviləni uzada bilər.
İdmanxeber.az-ın məlumatına görə, qışda 6 aylıq anlaşma ilə komandaya qoşulan 39 yaşlı forvard 2-ci Bundesliqada 6 oyunda 4 qol və 3 assistlə diqqət çəkib.
Turnir cədvəlinə liderlik edən “Şalke” ona daha bir illik müqavilə təklif etməyə hazırdır.
Ceko daha əvvəl “Volfsburq”, “Mançester Siti”, “Roma”, “İnter” və “Fənərbağça”da çıxış edib. Bosniya və Herseqovina millisində 146 oyunda 72 qol vurub.

