“Fənərbağça” yay transfer dönəmində yarımmüdafiəni gücləndirməyi planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Tottenhem”in futbolçusu Pape Matar Sarrı hədəfə alıb. 23 yaşlı seneqallının xidmətində “Qalatasaray” da maraqlıdır.
2021-ci ildə “Mets”dən transfer olunan Sarr bu mövsüm 28 oyunda 2 qol və 3 assistlə yadda qalıb.

