Kateqoriyasız

“Azərbaycanın heyətində Avropa təcrübəsi olan futbolçular var” – Macarıstan millisinin qapıçısı

“Azərbaycanla oyunda əsas hədəfimiz qapımızı toxunulmaz saxlamaq olacaq. Bu, qələbə 3 həlledici rol oynaya bilər.”

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Macarıstan millisinin qapıçısı Peter Qulaçi deyib.

“Leyptsiq”in də şərəfini qoruyan təxrübəli qolkiper Bakıda hücum futbolu oynayacağlarını bildirib:

“Hücum futbolu oynamaq istəyirik. Çünki ilk 2 yerdən birini tutmaq üçün qalib gəlməliyik. Rəqibin heyətində də Avropa təcrübəsi olan futbolçular var. Bu, qrupdakı digər komandalara çatmaq baxımından onlar üçün də yaxşı şansdır. Meydanda tam gücümüzü ortaya qoya bilsək, qələbə qazana bilərik”.

Qeyd edək ki, iyunun 8-də “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Macarıstan oyunu saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43