Kateqoriyasız

Millilərimizin bir ailədən çəkdiyi: öncə atası, sonra balası

Xəbər verdiyimiz kimi bu gün U-21 millimiz seçmə mərhələdə ilk oyunda Lixtenşteynlə qarşılaşıb və məğlub olub. Bu Lixtenşteynin tarixində 21 yaşlılardan ibarət millisinin seçmə mərhələlər çərçivəsində ilk qələbəsi oldu. Belə ki, bundan öncə 56 rəsmi matçda Lixtenşteyn millisi nəinki qələbə qazana bilməmiş, heç-heçe etmək belə onlar üçün bugünə kimi mümkünsüz olmuşdu. Beləliklə, həm əsas millimiz (1998-ci ildə), həm də U-21 millimiz Lixtenşteynin futbol tarixinə ilk məğlub etdikləri və ya ilk qələbə qazandıqları (rəsmi matçlarda)  komanda kimi düşdük.

Əsas maraqlı məqam isə ondan ibarətdir ki, bu gün penaltidən fərqlənərək Lixtenşteynə qələbə qazandıran Yanik Frikin atası Mario Frink də əsas millimizə 1998-ci ildə vurduğu qolla öz ölkəsinin tarixinə düşdü. Və bununla da, atası əsas, balası da U-21 millimizə qol vuraraq tarix yazmış oldular.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43