23 İyul 2026
Dünya futbolu

“Barselona” sabiq hücumçusunu qaytarır

“Barselona” sabiq futbolçusu Abde Ezzalzoulini yenidən heyətinə qatmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu hazırda “Betis”də çıxış edən 24 yaşlı vingerin hücum xəttini gücləndirəcəyini düşünür.

Abde bu mövsüm bütün turnirlərdə 28 oyunda 9 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun “Betis”lə müqaviləsi 2029-cu ilin yayına qədərdir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43