23 İyul 2026
Ölkə futbolu

Nadir Nəbiyev “Şəfa”da – RƏSMİ

Azərbaycan I Liqası klubu “Şəfa”da yeni təyinat gerçəkləşib.

İdmanxeber.az-ın məlumatına görə, Nadir Nəbiyev paytaxt təmsilçisinin akademiya vəzifəsinə sədr təyin edilib. Klub bu barədə sosial şəbəkə hesabından rəsmi paylaşım edib.

Azərbaycan millisinin sabiq üzvü bundan sonra “Şəfa”da çalışacaq. O, son olaraq “Turan Tovuz”da uşaq futbolunun inkişafı üzrə direktor vəzifəsini yerinə yetirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43