Belarus millisinin qapıçısı Maksim Plotnikov karyerasını Azərbaycanda davam etdirməyəcək.
İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı qolkiper Qazaxıstanın yüksək liqa təmsilçisi “Jenis”lə 1 illik müqavilə imzalayıb.
Daha əvvəl “Slaviya”dan ayrılan Plotnikovun “Qəbələ”yə keçidi gündəmdə olsa da, o, Qazaxıstanda qalmağı seçib.

