“Neftçi”nin futbolçusu Abu Dabi toplanışında zədələnib.
İdmanxeber.az-a verilən məlumata görə, söhbət Emil Səfərovdan gedir. Gənc futbolçunun ayağında yenidən ağrılar yaranıb.
O, bu səbəbdən də “ağ-qaralar”ın Çin klub “Çenqdu Ronqçenq”a qarşı görüşün də iştirak etməyib.
Səfərovun durumunun ciddi olmadığı bildirilir. Yarımmüdafiəçinin yaxın vaxtda komandaya qoşulacağı gözlənilir.
Xatırladaq ki, Emil Səfərovun bir müddət öncə ayağında çat aşkarlanmışdı. Zədəsini sağaldan futbolçu BƏƏ-dəki toplanışda keçirilən iki yoxlama görüşündə forma geyinib.

