Kateqoriyasız

“Mladost” – “Neftçi” matçının fit sahibi məlum oldu

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost” – “Neftçi” oyununa hakim təyinatını açıqlayıb.

Matçı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakim Kevin Klensi, onun köməkçiləri Alastair Mazer və Stüart Yan Makmillan olacaqlar. Dördüncü hakim funksiyasını Brayan Kolvin yerinə yetirəcək.

Oyunun UEFA nümayəndəsi Jan Lui Pyet (Fransa), hakim-inspektoru isə Marian Ruzbarskidir (Slovakiya).

Xatırladaq ki, iyulun 9-da Podqoritsa şəhər stadionunda keçiriləcək “Mladost” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43