Kateqoriyasız

“Qarabağ”ın cavab matçının başlama vaxtı məlum oldu

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək “Rudar” (Monteneqro) – “Qarabağ” (Azərbaycan) cavab oyununun vaxtı müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, matç iyulun 22-si, Petrovaç şəhərinin “Pod Malim Brdom” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında ilk görüş iyulun 15-də  Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Qarşılaşma saat 21:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43