İdman

“Neftçi” məşqdən sonra Macarıstana yola düşdü

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Macarıstanın “Uypeşt” klubuna 3:1 hesabı ilə qalib gələn “Neftçi” cavab matçının hazırlığını bu gün səhər məşqi ilə davam etdirib.

İdmanxeber.com-un məlumatına görə. klubun bazasında baş tutan hazırlıq prosesində zədəli Namiq Ələsgərovdan başqa, bütün futbolçular iştirak ediblər. “Ağ-qaralar” məşqdən sonra Macarıstana yola düşüb.

“Uypeşt” – “Neftçi” oyunu iyulun 19-da Bakı vaxtı ilə saat 23:00-da Budapeştdəki “Ferens Susa” stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43