İdman

“Trabzonspor” Ramil Şeydayevlə bağlı qərar verdi

“Trabzonspor” Ramil Şeydayevi yenidən icarəyə verməyi düşünür.

İdmanxeber.com-un məlumatına görə, komandanın baş məşqçisi Ünal Karaman 22 yaşlı hücumçunun icarəyə verilməsini istəyib. Məhz buna görə də, millimizin hücumçusu komandanın Slovakiya toplanışına qatılmayacaq.

Şeydayev “Trabzonspor”un Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində Xorvatiyanın “Lokomotiva” klubuna qarşı keçirdiyi oyunda komandasının qələbə topunu vurmuşdu.

Şeydayev son mövsümü icarə əsasında “Qarabağ”da keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43